Səsvermə qaydaları və məxfilik
Hörmətli istifadəçilər,
Layihələri qiymətləndirərkən aşağıdakı qaydalara riayət etməyiniz xahiş olunur:
Vətəndaş hər bir layihəyə yalnız 1 səs verə bilər. Bir layihə üzrə toplanmış 3 səs 1 bal əmsalında qiymətləndirilir.
Azərbaycan Respublikasının qanunvericiliyinə, o cümlədən dövlət atributlarına, milli və mənəvi dəyərlərə qarşı yönələn çağırış və fikri özündə ehtiva edən, QHT və onun nümayəndələrinin işgüzar nüfuzuna xələl gətirən, etikadan kənar ifadələrin əksini tapdığı rəylər qəbul olunmur.
Əsaslandırılmayan, həmçinin layihənin mahiyyətinə uyğun olmayan rəy və onun əsasında verilən səs qeydiyyata alınmır. Bundan başqa aşağıda qeyd olunan hallar aşkarlandıqda, verilmiş səslər nəzərə alınmır:
- süni üstünlük (bir neçə şəxsin bir layihəyə eyni məzmunlu rəy verməsi, yaxud bir şəxsin birdən artıq layihəyə eyni məzmunlu rəy verməsi) əldə etmək məqsədilə maraqlı tərəflərin təsiri nəticəsində hər hansı layihəyə rəyin verilməsi;
- QHT rəhbərinin təmsil etdiyi təşkilatın layihəsinə rəy verməsi;
- təqdim olunan rəydə QHT-nin və ya onun rəhbərinin adının qeyd olunması;
- verilmiş rəyin QHT tərəfindən təqdim olunan layihə təklifinin müddəaları ilə eynilik təşkil etməsi.